8 C
Baku
Thursday, March 5, 2026

Cənubi Koreya maliyyə bazarlarını sabitləşdirmək üçün 100 trln. von ayırır

Cənubi Koreya prezidenti Li Ce Myon Yaxın Şərqdə müharibə fonunda yaranan qeyri-müəyyənlik səbəbindən kapital bazarlarını sabitləşdirmək üçün hökumətə təcili olaraq 100 trilyon von (68,3 milyard dollar) həcmində maliyyə dəstəyi ayırmağı tapşırıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Qərar ABŞ və İsrailin İrana zərbələrindən sonra vəziyyətin müzakirəsi üçün çağırılmış hökumətin fövqəladə iclasında qəbul edilib.

“Biz ilk növbədə səhmlər və valyuta məzənnəsi kimi maliyyə bazarlarında artan volatilliyə aktiv şəkildə reaksiya verməliyik”, — deyə dövlət başçısı bildirib.

Li Ce Myon həmçinin Yaxın Şərqdən Cənubi Koreya vətəndaşlarının təxliyəsi üçün fövqəladə planların hazırlanmasını tapşırıb. O bildirib ki, bunun üçün bütün vasitələrdən, o cümlədən hərbi və çarter təyyarələrindən istifadə olunmalıdır.

Prezident region sularında üzən Cənubi Koreya gəmilərinin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün də tədbirlərin gücləndirilməsinə çağırıb. Zərurət yaranacağı halda isə “dost ölkələrlə əməkdaşlıq çərçivəsində sürətli və təhlükəsiz təxliyə planının hazırlanmasını” tapşırıb.

Son xəbərlər
Digər xəbərlər