10 C
Baku
Thursday, December 12, 2024

Cənubi Koreya ötən il silah satışından rekord gəlir əldə edib

Cənubi Koreyanın silah ixracı keçən il 140% artıb, xaricə silah tədarükü rekord həddə – 17.33 milyard dollar təşkil edib.

Bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatı başlayandan Cənubi Koreya hakimiyyəti sistemli şəkildə Kiyev hakimiyyətinə silah verməkdən imtina edir, bunun əvəzinə Seul diqqətini “dünyanın silah boşluğunu doldurmağa” cəmləyib.

Vurğulanıb ki, 12.4 milyard dollarlıq müqavilə ilə Polşa keçən il Cənubi Koreya silahlarının ən böyük müştərisi olub. Cənubi Koreya istehsalçıları Varşava üçün tanklar, haubitsalar, döyüş təyyarələri və reaktiv yaylım atəşi sistemləri ixrac edib.

2017-ci ildən 2021-ci ilə qədər Cənubi Koreya dünyanın ən yaxşı 25 silah ixracatçısı arasında ən sürətli böyüyən ölkə olub və qlobal bazarda 2.8 faiz payla səkkizinci yerdə qərarlaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər