Cənubi Koreya iyunun 8-dən peyvənd olunmamış turistlər üçün karantin tələblərini qaldıracaq.
Yeni qaydalara əsasən, peyvənd olunmamış səyahətçilər ölkəyə daxil olmaq üçün iki PCR testi – gedişdən 48 saat əvvəl və ölkəyə gəldikdən sonra 72 saat ərzində – verməli olacaqlar, həmçinin K-ETA (Korea Electronic Travel Authorization) elektron icazəsi almalıdırlar.
Bundan əlavə, Cənubi Koreya beynəlxalq uçuşlar üçün aviasiya məhdudiyyətlərini tədricən qaldırmağa başlayacaq.