Cənubi Koreya Prezidenti ABŞ-a səfər edəcək.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Cənubi Koreya Prezidenti 24-29 aprel tarixlərində ABŞ-da dövlət səfərində olacaq.
Həmçinin əlavə olunub ki, Cənubi Koreya lideri Yoon Suk Yeol 26 apreldə Ağ Evdə ABŞ Prezidenti Co Bayden ilə görüşəcək.