12 C
Baku
Saturday, November 23, 2024

Cənubi Koreya Prezidenti: “Şimali Koreya raket təxribatının əvəzini ödəyəcək”

KXDR-in raket təxribatı onun üçün pis nəticələrə səbəb olacaq.

Bu barədə Koreya Respublikasının Prezidenti Yun Sok Yol KXDR tərəfindən ballistik raket buraxılışından sonra keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında bildirib. Məlumata görə, Yun Sok Yol hərbçilərə ABŞ və Koreya Respublikasının “Freedom Shield” birgə təlimlərini tam şəkildə keçirməyi, Şimaldan gələn istənilən təhlükənin qarşısını almaq üçün birgə müdafiə hazırlığını davam etdirməyi tapşırıb.

Milli Təhlükəsizlik Şurasının üzvləri ballistik raketin buraxılmasını pisləyib, bunu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi dəyərləndirib, KXDR hakimiyyətini iqtisadi və ərzaq problemlərini həll etməyə çalışmaq əvəzinə, nüvə raket proqramını davam etdirməyə görə tənqid ediblər.

Seulun məlumatına görə, uzun mənzilli ballistik raket martın 16-da Pxenyanın Sunan rayonundan Yapon dənizinə doğru atılıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər