5 C
Baku
Monday, December 16, 2024

Cənubi Koreya prezidentinin ofisində axtarış aparılıb

Cənubi Koreya prezidenti Yun Sok Yölin ofisində axtarış aparılıb. Məlumatına görə, müstəntiqlər gələn zaman dövlət başçısı otaqda olmayıb.

Xatırladaq ki, daha əvvəl prokurorluq cənab Yuna şübhəli statusu verib. Bununla bağlı onun ölkədən çıxışına qadağa qoyulub.

2022-ci ildə prezident vəzifəsini icra edən Yun Sok Yöl dekabrın 3-də “Şimali Koreya tərəfdarı”nın konstitusiya quruluşunu pozmaq cəhdlərinin qarşısının alınmasının vacibliyini əsas gətirərək, hərbi vəziyyət elan edib.

Prezident parlamentdəki səsvermədən sonra onu ləğv edib. Müxalifət ona impiçment elan edə bilməsə də, hakim partiya Yun Sok Yölün gələn ilin əvvəlində istefa verəcəyini gözləyir.

Son xəbərlər
Digər xəbərlər