0 C
Baku
Saturday, February 22, 2025

Cənubi Koreya prezidentinin reytinqi rekord 13%-ə düşüb

Cənubi Koreya prezidenti Yun Sok Yelin reytinqi ölkədə hərbi vəziyyət elan etmək cəhdindən sonra üç faiz bəndi aşağı düşərək 13% təşkil edib, bu barədə “Gallup” şirkətinin hesabatında deyilir.

Mənfi qiymətləndirmələrin nisbəti 75% təşkil edib ki, bu, cənab Yunun rəhbərliyindəki administrasiyanın hakimiyyətə gəldiyi 2022-ci ilin mayından bəri ən yüksək səviyyədir. O cümlədən, sorğu iştirakçılarının 19%-i iqtisadi, 16%-i hərbi vəziyyətə görə durumu mənfi qiymətləndirir.

Sorğu dekabrın 3-dən 5-dək ölkə üzrə yaşı 18-dən yuxarı olan 1001 respondent arasında aparılıb.

Hərbi vəziyyət elan edildikdən sonra parlament üzvləri Cənubi Koreya prezidentinin qərarının əleyhinə səs veriblər. Etirazçılar onun binası yaxınlığında təhlükəsizlik qüvvələri və hərbçilərlə toqquşub. Altı saatdan sonra hərbi vəziyyət ləğv edilib. Dekabrın 7-də parlament prezidentin impiçmenti layihəsinə səs verəcək.

Son xəbərlər
Digər xəbərlər