Cənubi Koreya öz vətəndaşlarının Şimali Koreya KİV-nə birbaşa girişinə tətbiq edilən məhdudiyyəti tədricən aradan qaldıracaq.
Bunu Cənubi Koreyanın naziri Kvon Yon Se bildirib.
“Biz ilk olaraq vətəndaşlarımızın Pxenyan televiziyasına baxmasına imkan yaradacağıq” – deyə nazir qeyd edib.
Cənubi Koreya hökuməti hesab edir ki, KİV-lərə məhdudiyyətin aradan qaldırılması Seulla Pxenyan arasında qarşılıqlı anlaşmanı təmin edə bilər.
Qeyd edək ki, KXDR və Koreya Respublikası vətəndaşlarının 2 ölkə arasındakı sərhədi keçməsi, həmçinin bir-birinin mətbuatını izləməsi qadağandır.