13 C
Baku
Wednesday, November 26, 2025

Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ iqtisadiyyatına $350 milyard sərmayə qoyur

Cənubi Koreyanın hakim Demokratlar Partiyası çərşənbə günü ölkə parlamentinə 350 milyard dollarlıq investisiyaların maliyyələşdirilməsi üçün xüsusi fondun yaradılması haqqında qanun layihəsi təqdim edib, bu barədə “Reuters” məlumat verib.

Belə ki, noyabrın ortalarında Cənubi Koreya Respublikasının prezidenti Li Cae Myon ABŞ ilə ticarət və təhlükəsizlik məsələləri üzrə sazişlərə dair sənədləşmənin tamamlandığını elan edib. Dövlət başçılarının razılaşması oktyabr ayında keçirilən görüşdə əldə olunub. Cənubi Koreya atom sualtı qayıqları inşa edəcək və ABŞ ilə gəmiqayırma, süni intellekt və atom sənayesi sahəsində əməkdaşlıq edəcək. Bunun qarşılığında ölkənin bazarları Amerika şirkətləri üçün açıq olacaq.

Cənubi Koreyanın Sənaye Nazirliyi bildirib ki, Vaşinqtonla əldə olunan saziş çərçivəsində o, ABŞ-nin ölkənin ixracına tətbiq etdiyi tariflərin azaldılmasını öhdəsinə götürüb. Hökumətin iştirakı ilə hazırlanmış qanun layihəsində həmçinin ABŞ-nin Cənubi Koreya avtomobilləri və ehtiyat hissələrinə tətbiq etdiyi tarifləri 1 noyabr tarixinədək azaltmalı olduğu qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər