3 C
Baku
Saturday, December 14, 2024

Cənubi Koreya Yaponiyadan asılılığı azaltmaq üçün $6,5 mlrd. xərcləyəcək

Cənubi Koreya 2024-cü ilədək bəzi sənaye sahələrində Yaponiyadan metal və komponentlərin tədarükündən asılılığını azaltmaq üçün genişmiqyaslı investisiyalar planlaşdırır.

Banker.az xəbər verir ki, məlumata görə, 7,8 trilyon von (6,5 milyard dollar) strateji baxımından əhəmiyyətli olan məhsul istehsalının inkişafına yönəldiləcəkdir.

“Biz bu cür materiallar, komponentlər və avadanlıqların istehsalında sənayenin rəqabət qabiliyyətini artıracağıq”, – deyə Koreya Respublikasının iqtisadiyyat və maliyyə naziri qeyd edir.

Xatırladaq ki, iyul ayında Yaponiya Cənubi Koreyanı “ağ siyahı” dan çıxarıb və beləliklə iki ölkə arasındakı münasibətlərdə gərginlik artmağa başlayıb. Bütün bunlar 1910-1945-ci illərdə Yaponiyanın Koreyada müstəmləkə hegemonluğunun səbəbindən artan narazılıqların fonunda baş verib.

Cənubi Koreyanın Sənaye naziri bildirib ki, ölkə hər hansısa baş ölkədən asılılığını azaltmaq yollarını nəzərdən keçirir.

2018-ci ildə Cənubi Koreya və Yaponiya arasında ticarət kəsiri 24,1 milyard dollar təşkil edib, onlardan 22,4 milyard dollar sənaye məhsullarına xərclənib.

 

Son xəbərlər
Digər xəbərlər