18 C
Baku
Saturday, November 2, 2024

Cənubi Koreya yarımkeçiricilər sənayesinə $19 mlrd. ayırır

Bu gün, mayın 23-də Cənubi Koreya hökuməti milli yarımkeçirici sənayesini dəstəkləmək və inkişaf etdirmək üçün 26 trilyon von (19.1 milyard dollar) vəsait ayırdığını elan edib. Ölkə prezidenti Yun Sok-Yol qeyd edib ki, 17 trilyon von (12.5 milyard dollar) İnkişaf Bankı vasitəsilə investisiya şəklində ayrılacaq.

Qalan vəsait Koreya istehsalçıları və startapları üçün vergi güzəştləri, habelə Cənubi Koreyanın yarımkeçirici sənayesi üçün kadr hazırlığı və istedad axtarış proqramları şəklində ayrılacaq.

Ekspertlər qeyd edirlər ki, Cənubi Koreya hakimiyyəti Çin və Amerika istehsalçıları tərəfindən qlobal yarımkeçiricilər bazarında, xüsusən də süni intellektdən istifadə edən texnologiyalara artan tələbat fonunda dəstək tədbirləri elan edib. Cənubi Koreyanın Sənaye Nazirliyi ümid edir ki, yeni dəstək tədbirləri ölkəyə qlobal mobil prosessor bazarındakı payını indiki 2%-dən 10%-ə çatdırmağa imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər