-1 C
Baku
Friday, February 21, 2025

Cənubi Koreya yeni superkompüter yaratmağı planlaşdırır

Cənubi Koreya hökuməti ölkədə süni intellekt (AI) texnologiyalarını inkişaf etdirməyi və yeni superkompüter yaratmağı planlaşdırır.

Bu barədə “Yonhap” agentliyi ölkənin elm nazirliyinə istinadən məlumat yayıb.

Qey edilib ki, hökumət buna təxminən 1.7 milyard dollar ayıracaq və yeni milli süni intellekt hesablama mərkəzinin işə salınması üçün 10 min qrafik prosessor və ölkədə altıncı superkompüterin yaradılması üçün 8 min prosessor alacaq.

“Süni intellekt sahəsində liderlik uğrunda təkcə şirkətlər deyil, ölkələr də mübarizə aparır. Hökumət süni intellekt hesablama infrastrukturunun gücləndirilməsi üçün tammiqyaslı və sürətli investisiyalar həyata keçirəcək”, – elm naziri Yu San İm bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər