Cənubi Koreyada 30 yanvar tarixindən etibarən əksər qapalı yerlərdə maska taxmaq tələbi qaldırılacaq.
Xəstəxanalar, apteklər və ictimai nəqliyyat vasitələri istisna olmaqla, qapalı yerlərdə yanvar ayının sonundan etibarən maska taxmaq öhdəliyi ləğv ediləcək.
Ölkədə koronavirusa gündəlik yoluxma hallarının və ölümlərin sayı azaldıqdan və peyvəndlənmə nisbəti artdıqdan sonra hökumət COVID-19 tədbirlərini yumşaldıb.
Bu günə qədər koronavirusa 29 milyondan çox yoluxmanın qeydə alındığı Cənubi Koreyada virusdan ölənlərin sayı 33 mini keçib.