6 C
Baku
Sunday, December 28, 2025

Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb

Cənubi Koreya 370 km/saat sürətə çata bilən yeni EMU-370 yüksəksürətli qatarının əsas texnologiyalarını hazırlayıb.

Bu barədə “Yonhap News Agency” məlumat yayıb.

İlk vaqonların istehsalına gələn il başlanacaq, sınaq əməliyyatları isə 2030-cu ildə start götürəcək. Kommersiya istismarına 2031-ci ildən sonra başlanması planlaşdırılır.

Qeyd olunur ki, kommersiya xidmətinə buraxıldıqdan sonra EMU-370 sürətinə görə dünyada ikinci olacaq. Hal-hazırda 400 km/saat sürətlə sınaqlardan keçirilən və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Çin istehsalı CR450 birinci yerdədir.

Müqayisə üçün, Fransa, Almaniya və Yaponiya kimi ölkələrdə fəaliyyət göstərən mövcud yüksəksürətli qatarların maksimal sürəti təxminən 320 km/saat təşkil edir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər