11 C
Baku
Monday, April 28, 2025

Cənubi Koreyada prezident seçkilərinin tarixi açıqlanıb

Cənubi Koreya hökuməti Yun Sek Yolun impiçmentinin təsdiqlənməsindən sonra iyunun 3-ü tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə ölkənin baş naziri Han Dok Sunun ofisi məlumat yayıb.

Qeyd edək ki, aprelin 4-də Konstitusiya Məhkəməsi yekdilliklə prezident Yun Sok Yolu hakimiyyətdən kənarlaşdırıb və seçkilər 60 gün ərzində keçirilməlidir.

Aprelin 8-də baş nazirin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri də seçkinin iyunun 3-ü keçirilməsini təsdiqləyiblər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər