6 C
Baku
Monday, December 30, 2024

Cənubi Koreyada qəzaya uğrayan təyyarədəki sərnişinlərin 179 nəfəri həlak olub – Yenilənir

16:03 – Koreya Respublikası prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş nazirin müavini Çxve San Mok Muanda baş verən təyyarə qəzası ilə əlaqədar yeddigünlük milli matəm elan edib.


15:58 – Koreya Respublikasının hakimiyyəti Muan hava limanında “Jeju Air” aviaşirkətinin qəzaya uğramış təyyarəsinin qara qutularını tapıb çıxarıb.

Bu barədə “Yonhap News TV” kanalı Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

“Qara qutulara gəlincə, uçuş məlumatlarını qeydə alan cihaz və səs yazma qurğusu çıxarılıb”, – nazirlikdən bildirilib.

Telekanal izah edib ki, birinci cihaz uçuş məlumatlarını, ikincisi isə pilot kabinəsindəki danışıqları qeydə alır.


13:45 – Muan şəhərində baş verən “Jeju Air” təyyarə qəzasında ölənlərin sayı 176-a çatdı.


13:09 – Muan şəhərində baş verən “Jeju Air” təyyarə qəzasında ölənlərin sayı 174-ə çatdı.


12:48 – Muan şəhərində baş verən “Jeju Air” təyyarə qəzasında ölənlərin sayı 167-ə çatdı.


12:23 – Muan şəhərində baş verən “Jeju Air” təyyarə qəzasında ölənlərin sayı 151-ə çatdı.


12:09 – Muan şəhərində baş verən “Jeju Air” təyyarə qəzasında ölənlərin sayı 127-ə çatdı.


10:42 – Şahidlərin sözlərinə görə, Muan şəhərində baş verən Jeju Air təyyarə qəzasından əvvəl mühərrikdə qığılcımlar və quşla toqquşma müşahidə olunub.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Cənubi Koreyanın Muan bölgəsində bazar günü baş verən ölümcül təyyarə qəzasının şahidləri təyyarənin mühərrikində alovların olduğunu və partlayış səsləri eşitdiklərini bildiriblər. Hakimiyyət orqanları quşla toqquşma nəticəsində eniş mexanizminin sıradan çıxması ehtimalını araşdırır”, – deyə məlumatda bildirilir.


10:32 – Muan şəhərində baş verən Jeju Air təyyarə qəzasında ölənlərin sayı 124-ə çatıb.


08:54 – Koreya Respublikasının səlahiyyətliləri hesab edir ki, qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İlkin versiyaya görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib. Ekipaj təyyarəni endirməyə çalışsa da, sürəti azalda bilməyib və hava gəmisi uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb. Nəticədə yanğın baş verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər