31 C
Baku
Tuesday, July 22, 2025

Cənubi Koreyada yeni baş nazir seçilib

Cənubi Koreya parlamenti iyulun 3-də Kim Min Sokun baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilir ki, onun namizədliyini ölkə başçısı Li Çje Myon irəli sürüb.

Parlamentdə səsvermə kəskin siyasi qarşıdurma ab-havasında və əsas müxalif partiya olan “Vətəndaş gücü”nün deputarlarının iştirakı olmadan keçirilib.

173 deputat Kim Min Sokun təyin edilməsinin lehinə səs verib, üç deputat əleyhinə olub, üç bülleten isə etibarsız sayılıb.

Səsvermədə yalnız hakim Birləşmiş Demokrat Partiyasının və kiçik partiyaların nümayəndələri iştirak ediblər.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər