8 C
Baku
Monday, November 18, 2024

Cənubi Koreyadan Şimali Koreyaya xəbərdarlıq: “Nüvə silahından istifadə sonunuz olacaq”

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Koreya Respublikası və ABŞ-a qarşı nüvə silahından istifadə etməsi bu ölkənin mövcudluğunun sona çatmasına gətirib çıxaracaq.

Bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Koreya Respublikası və ABŞ-a qarşı hər hansı nüvə hücumu baş verərsə, KXDR hakimiyyəti alyansın dərhal, böyük və qətiyyətli cavabı ilə üzləşəcək.

“Bir daha xəbərdarlıq edirik ki, belə bir hücum Şimali Koreya rejiminin sona çatmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər