9 C
Baku
Thursday, December 12, 2024

Cənubi Koreyanın kosmetika məhsullarının ixracı 36 faiz artıb

Cənubi Koreyanın ixracında xüsusi yeri olan kosmetika məhsullarının xaricə satışı yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz artıb.

Hesabat dövründə Cənubi Koreyadan xaricə 1,51 milyard ABŞ dolları dəyərində kosmetika məhsulu göndərilib.

İxracın bu cür çoxalmasına səbəb xarici bazarlarda, xüsusən də Çin, ABŞ, Yaponiya, Vyetnamda tələbatın artmasıdır. Cənubi Koreyanın ən çox kosmetika məhsulu satdığı ölkə 418 milyon dollarla Çin olub. Koreya kosmetikasının Çinə ixracında 2016-cı ildən bəri Pekinin tətbiq etdiyi qadağalara görə azalma müşahidə olunsa da, bu il artım qeydə alınıb. Assosiasiya bununla belə cari ildə Koreya kosmetikasının Çinə ixracının tam bərpa olunacağına inanmır.

Koreya kosmetik məhsullarının ixracında növbəti yerləri ABŞ (243 milyon dollar) və Yaponiya (154 milyon dollar) tutur.

Qeyd edək ki, kosmetika sənayesi Cənubi Koreya iqtisadiyyatının önəmli sahələrindən biridir. Cənubi Koreyanın kosmetika və gözəllik məhsullarının bazar dəyərinə görə (17,45 milyard dollar) dünyada ilk onluqdadır. İxracın ümumi dəyərinə görə isə Fransa, ABŞ və Almaniyadan sonra 4-cü yeri tutur.

Son xəbərlər
Digər xəbərlər