9 C
Baku
Saturday, December 28, 2024

Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən Han Dok Suya qarşı impiçment elan edilib

Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən Han Dok Suya qarşı ölkə parlamenti tərəfindən impiçment elan edilib, bu barədə Cənubi Koreyanın “MBC” telekanalı məlumat verib.

Deputatların əksəriyyəti (192 səs) qərarı dəstəkləyıb. Hakim partiyadan olan deputatlar səsvermədə iştirak etməyiblər.

“Cümə günü Milli Assambleya hərbi vəziyyət tətbiq etdiyi üçün impiçment elan edilmiş prezident Yun Sok Yölü əvəz edən Han Dok Sunun impiçmentinə səs verib”, – mesajda deyilir.

Hanın hərbi vəziyyətin tətbiqində iştirakı və prokurorlar haqqında iki qanun layihəsini dərc etməkdən imtina etməsi də impiçment üçün səbəb olub.

Son xəbərlər
Digər xəbərlər