14 C
Baku
Saturday, November 16, 2024

Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılır

Azərbaycan təbii qazının Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Türkiyəyə tədarükü beş gün müddətinə dayandırılacaq.

Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinin yaydığı açıqlamada deyilir.

Məlumata görə, buna səbəb bu kəmərdə aparılan planlaşdırılmış texniki xidmət və təmir işlərinin aparılmasıdır.

Belə ki, Azərbaycan təbii qazının Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə tədarükü sentyabrın 25-29-u tarixlərində dayandırılacaq.

Bildirilir ki, boru kəmərinin kommersiya operatoru “Azerbaijan Gas Supply Company Limited” (AGSC) və Cənubi Qafqaz Boru Kəməri Şirkəti ilə razılığa əsasən, “Şahdəniz-Türkiyə” qaz kəmərində sentyabr ayından etibarən həyata keçirilməsi planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar Türkgözü giriş nöqtəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qazın verilməsi beş gün ərzində nəqli mümkün olmayacaq.

BOTAŞ-ın açıqlamasında deyilir ki, planlı texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansında hər hansı problemin olması gözlənilmir.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən təbii qazın Gürcüstan ərazisindən keçməklə Türkiyəyə nəqli üçün inşa edilən Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istifadəyə verilib. Boru kəməri Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29.99 %), “LUKoil” (19.99 %), Cənub Qaz Dəhlizi (21.02 %), “LUKoil” (19.99 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər