15 C
Baku
Saturday, April 20, 2024

Cənubi Qafqaz Boru Kəməri peyk interneti ilə təmin olunub

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan hissəsində yerləşən strateji əhəmiyyətli Ərsin Buraxma Stansiyası zəruri peyk interneti rabitəsi ilə təmin olunub.

“SOCAR Midstream Operations”dan verilən məlumata görə, bununla bağlı CQBK-nın operatoru olan “SOCAR Midstream Operations” şirkəti ilə Azərkosmos arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Stansiya ənənəvi rabitə vasitələrinin əhatə dairəsi xaricində yerləşir. Peyk internetindən istifadə ucqar ərazilərlə əlaqəni gücləndirməklə CQBK-nın texniki operatorluğunun keyfiyyətini daha da yaxşılaşdırıb.

İnternet xidmətləri “Azerspace-1” peykinin “Azconnexus” platforması vasitəsilə göstərilir. “Azconnexus” platforması Azərkosmosun operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki üzərindən fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən faydalanmağa imkan verir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər