11 C
Baku
Tuesday, November 5, 2024

SOCAR-ın payı olduğu ofşor şirkət böyük xalis mənfəət əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də pay sahibi olduğu transmilli şirkət Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) 2020-ci ildəki böhrana rəğmən gəlirlərini böyüdüb.

Bu barədə Banker.az-ın əldə etdiyi xəbərdə deyilir.

Kayman adalarında qeydiyyata alınan bu şirkət 2020-ci ildə $718 milyon gəlir əldə edib. Bu isə illik müqayisədə 22.4 faiz artım deməkdir. Şirkətin əməliyyat məsrəfləri $278 milyon olmaqla, əməliyyat gəlirləri $440 milyon təşkil etmişdir.

Beləliklə CQBKŞ-nin illik xalis mənfəəti $317 milyon olmuşdur. Öncəki ildə bu $283 milyon idi.

CQBKŞ Cənubi Qafqaz Boru Kəmərinin istismar əməliyyatlarına və tikintisinə cavabdeh olub.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri Gürcüstandadır. 20 mart 2020-ci il tarixindən etibarən Cənubi Qafqaz Boru Kəmərinin texniki istismarı BP Exploration (Şahdəniz) Məhdud Məsuliyyətli Cəmiyyətdən ARDNŞ-in tamhüquqlu bir törəməsi olan SOCAR Midstream Operations Limited-ə verildi. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), Azerbaijan SCP (10%), SGC Midstream (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%)

Son xəbərlər
Digər xəbərlər