9 C
Baku
Thursday, December 12, 2024

Cənubi Qafqaz Boru Kəmərinə bu ilin 9 ayı ərzində 61 mln. dollar xərclənib

Bu ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 33 mln. ABŞ dolları məbləğində əməliyyat xərcləri və 28 mln. dollar əsaslı xərclər sərf edilib.

BP şirkətindən  verilən məlumata görə, 2019-cu ilin üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 28 mln. kubmetrdən çox olub.

Qeyd edək ki, “Cənubi Qafqaz Boru Kəməri” şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), “Cənub Qaz Dəhlizi Midstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%)

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. 

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “SOCAR Midstream Operations” isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər