5 C
Baku
Saturday, December 14, 2024

Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 20% artıb

Bu ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin CQBK əməliyyat xərcləri təqribən 49 milyon dollar (illik müqayisədə 25,6% artıb), əsaslı xərclər isə təqribən 4 milyon dollar (2 dəfə azalıb) olub.

BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci üç rübünün yekunlarına dair dərc etdiyi hesabata görə, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG (genişləndirilmiş – red.) isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

İlin ilk doqquz ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,1 milyon kubmetr olub, bu da illik müqayisədə 20% artım deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər