7 C
Baku
Thursday, December 12, 2024

Cənubi Qafqaz ölkələri üzrə proqnozunu dəyişdi

Dünya Bankı (DB) Cənubi Qafqaz ölkələrində iqtisadi artımla bağlı proqnozlarını dəyişdirib. Bunu DB-nin Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer bu gün keçirilən videokonfransda deyib.

Onun sözlərinə görə, neft ixrac edən ölkələrdə kəskin qiymət artımı müşahidə edilmir: “Artıq bu ölkələrdə inflyasiya cilovlanıb. İşsizliyin səviyyəsi azalmaqdadır. Bütün müsbət meyllərə baxmayaraq, Cənubi Qafqaz ölkələri üçün çətin struktur çağırışları qalmaqdadır. Cənubi Qafqaz ölkələrində iqtisadiyyatın restrukturizasiyasına ehtiyac var. Çünki bu ölkələrdə əvvəlki iqtisadi artım modeli özünü doğrultmur. Bilirsiniz ki, əvvəlki dövrlərdə ya neft sektoru hesabına, ya da pul köçürmələri hesabına bu ölkələrə külli miqdarda vəsait daxil olurdu. İndi isə daxilolmalar xeyli azalıb. İqtisadi artımı təmin etmək üçün bu ölkələrdə rəqabətə davamlı iqtisadiyyat formalaşmalıdır. Bu ölkələrdə qlobal ticarət dövriyyəsinin həcmi artırılmalıdır. İnformasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf etdirilməlidir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər