Mingəçevirdə “Azərbaycan” istilik elektrik stansiyasının (İES) ərazisində inşa olunan Cənubi Qafqazın ən böyük eyni tipli stansiyası 2025-ci ilin I yarısında istifadəyə veriləcək.
Bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bildirib.
“Yeni stansiyanın tikintisi qrafikə uyğun aparılır”, – deyə o qeyd edib.
Bundan başqa, B.Rzayev deyib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin isə salınması üzərində işlər gedir: “Yaxın zamanlarda yeni açılışların şahidi olacaqsınız. Cəbrayılda BP şirkəti ilə birlikdə 200 mVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulub. İnşaat işləri başlamaq üzrədir”.