13 C
Baku
Friday, November 22, 2024

Cərimələri olan sürücülərin nəzərinə! – DYP-dən müraciət

Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstana səfər edən Azərbaycan vətəndaşları barədə tətbiq edilmiş inzibati cərimələrin ölkəmizdə elektron xidmətlər vasitəsilə ödənilməsi qaydaları ilə bağlı məlumat yayıb.

Qurum Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən bildirir ki, həmin ölkəyə səfər etmiş vətəndaşlarımız barədə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin Patrul Polis Departamenti tərəfindən tətbiq edilmiş inzibati cərimələrin elektron xidmətlər vasitəsilə ödənilməsi mümkündür.

Bu məqsədlə, Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan https://videos.police.ge/, eləcə də real vaxt rejimində (onlayn)​ ödəmə imkanı verən https://police.ge/protocol/index.php veb səhifələrdə identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilmiş inzibati tənbeh tədbirləri haqda məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər.

Son xəbərlər
Digər xəbərlər