12 C
Baku
Monday, November 18, 2024

Çətin qərarları qəbul etməyin yolu

Nə vaxt təhsil alım? Nəyi öyrənim? Kiminlə ailə həyatı qurum? Harada yaşayım?

Bütün bunlar çətin qərarlardır. Onlar aşağıdakı səbəblərə görə çətin sayılırlar:

– Onların bir neçə məqbul cavabı var. Biz elə düşünürük ki, çətin qərarlaırn yalnız bir həlli yolu var. Ətrafımıza baxıb heç bir işarə görmədikdə, qərar qəbul etmə prosesi bizə çətin gəlməyə başlayır.

– Həllin necə qiymətləndiriləcəyi bəlli deyil. Doğru seçim müxtəlif amilləri müəyyənləşdir və biz onları necə ölçə biləcəyimizi dəqiq bilmirik. Məsələn, yatırım etmək istəyəndə çox vaxt risk və gəlirlilik kimi amilləri nəzərə alırıq.

– Bütün alternativ yolları yoxlamaq mümkün deyil. Düzdür, təcrübə çətinliklərin çox hissəsini aradan qaldırır, lakin əksər vaxtı çətin qərarları ikinci dəfə nəzərdən keçirə bilmirik.

Təəssüflər olsun ki, hər kəsə uyğun gələn ümumi bir alqoritm yoxdur. Əgər olsaydı, seçim etmək çox sadə və adi bir şey olardı.

Qərar qəbul etməyin yollarını nəzərdən keçirək.

1. Bir model tapın. Həlli formalaşdırın

Bəzən bu çox vacibdir.

Məsələn, gələcək peşənizi seçirsiniz. İlk olaraq seçdiyiniz ixtisasa qəbul olmaq şansınızı və eyni zamanda əmək bazarında əmək haqlarının səviyyəsini qiymətləndirməyiniz tövsiyə olunur.

Rəqəmləri baxaraq, mühəndislik və ya botanika arasında doğru seçim edə biləcəksiniz.

Təhlil zamanı beyninizdə çoxlu suallar meydana gələ bilər. Bu normaldır. Məhz bu səbəbdən yalnız model metodundan yox, sizə təklif edəcəyimiz digər metodlardan da istifadə etməyiniz məqsədəuyğun olar. Məsələn, valideyn olmaq istəyirsiniz, lakin doğru qərar verməkdə çətinlik çəkirsiniz. Bu halda model metodu sizə bu işdə kömək etməyəcəkdir, çünki uşaqlara qarşı olan sevgini rəqəmlərlə ölçə bilməyəcəksiniz.

2. İntuisiyanızı dinləyin, sonra isə onun sizə dikdə etdiyi fikri yoxlayın

Bəzi insanlar elə hesab edirlər ki, intuisiya tənbəlliyin əlamətidir. Əslində, bu belə deyil.

İntuisiya çox effektivdir, çünki bizim keçmiş təcrübəmizi nəzərə alır. Beləliklə, biz şüurlu olaraq görmədiyimiz mürəkkəb sxemlərə arxalanmış oluruq. İntuisiyanın sayəsində biz daha çox “istədiyimiz” variantı seçə bilərik.

Buna baxmayaraq, insan intuisiyanın köməyi ilə mürəkkəb problemləri həll edə bilmir. Bunun əsas səbəbi intuitiv “mesajlar” ın açıq-aşkar görünməməsidir.

İntuitiv metodu yoxlamaq istəyirsinizsə, qəpikdən istifadə edə bilərsiniz. Qəpiyi göyə atın və tutun, bundan öncə isə qəpiyin hər iki tərəfini seçim edə bilmədiyniz variantlarla əlaqələndirin. Əgər aldığınız nəticə sizi qane edirsə, deməli intuitiv olaraq doğru seçim etmisiniz. Yox əgər nəticədən razı deyilsinizsə və özünüzü məyus hiss edirsinizsə, demək seçiminiz yanlışdır.

3. Həlli modelləşdirin. Tədqiqat keçirin

Çox vaxt çətin bir qərar qəbul etmək üçün tədqiqat keçirməli oluruq, çünki səhv etmək şansımız yoxdur.

Məsələn, karyera seçimini etməlisiniz. Siz seçdiyiniz sahədə çalışan insanlarla ünsiyyət qurmusunuz? Onların iş həyatına nəzər yetirmisiniz?

Əmək haqqı, bonuslar və qeyri-rəsmi qiymətləndirmələr haqda nə isə oxumusunuz? Potensial sahə üzrə bir-iki ay müddətində təcrübə keçmək variantını nəzərdən keçirmişiniz?

Çox güman ki, bütün bunları etsəniz, seçiminiz sizi təəccübləndirəcək. Adətən insanlar tədqiqat keçirmirlər və kortəbii şəkildə qərar qəbul edirlər. Seçdikləri sahədə bir neçə il çalışdıqdan sonra onlar başa düşürlər ki, bu işi sevmirlər.

4. Digər insan eyni qərarı qəbul edəcəkmi?

Biz elə düşünürük ki, fərqliyik. Düşünürük ki, istəklərimiz digər insanların istəklərindən fərqlidir.

Reallıq çox sadədir əslində. Biz ümumilikdə eyniyik. Hə, mən fantastikanı sevirəm, siz isə romantik komediyaları, lakin biz hamımız suyu, nəfəsi, yeməyi. Günəşi və digər bir çox şeyi sevirik. Ümumi cəhətlər bizi güclü, fərqli cəhətlər isə unikal edir. Biz bundan istifadə edə bilərik.

İnsanlara sual verin, görün onlar sizin qəbul etdiyiniz qərarı qəbul edərlərmi?

5. Özünüzə sual verin: “Bu həqiqətənmi yaxşı ideyadır?”

Çox vaxt qərar verməkdə çətinlik çəkirik, çünki variantların heç biri gözümüzdə üstün deyil. İnsanların əksəriyyəti uzaqgörənli deyil və çox vaxt ən asan yolu seçirlər.

Biz sizə bütün variantları nəzərdən keçirməyi tövsiyə edirik. Özünüzə sual verin: “Beş, on və ya iyirmi ildən sonra bu haqda düşünəcəyəm?”. Əgər məsələyə daha geniş bucaq altında baxsanız, doğru qərar vermək ehtimalı artır.

Lakin bu metodun da özünəməxsus mənfi xüsusiyyətləri var, belə ki, çox vaxt insan reallığı inkar edərək, gələcək hadisələri ideallaşdırırlar.

Bu metodlardan necə istifadə etmək lazımdır

Bu metodların hər biri sizə fərqli cavablar verəcək. Sizə onların hər birindən istifadə etməyi tövsiyə edirik.

Əgər onların beşindən dördü sizə eyni istiqaməti göstərirsə, bunu çox güclü bir siqnal kimi qəbul edə bilərsiniz.

Əgər onlardan iksi və ya üçü eyni istiqaməti göstərirsə, siz şübhələnə birləsiniz. Bu və ya digər halda hər bir metodun nəticəsi ayrı-ayrılıqda qiymətləndirilməlidir.

Məsələn, formalaşdırma effektivdir, lakin gələcək həyat yoldaşınızı seçdiyiniz zaman yox.

İntuisiya da yaxşı işləyir, əgər ortaya qoyduğunuz məsələ emosional xarakter daşıyırsa. Yaxşı olar ki, yaşamaq istədiyiniz məkanı seçdikdə bu metoddan istifadə edəsiniz.

Yekun qərarı siz özünüz verirsiniz

Əslin, yuxarıda qeyd edilmiş beş metod sizin üçün yeni bir şey deyil. Onlar sizə sadəcə kömək edə bilərlər, yekun qərarı siz özünüz verirsiniz.

Mən bilmirəm bu doğrudurmu, amma seçiminizi siz özünüz etməlisiniz, onun doğru və ya yanlış olması önəmli deyil. Əgər həyatınıza nəzarət etmək istəyirsinizsə, seçimi özünüz edin. Çox vaxt insanlar qərar qəbul etmək yükünü valideynlərinin, dostlarının, ailənin və ya alqoritmin boynuna qoymağa çalışırlar. Lakin unutmayın ki, onların etdikləri seçim ilə siz yaşayacaqsınız, onlar yox.

Son xəbərlər
Digər xəbərlər