- “Fil yemək”
Təsəvvür edin ki, görməli olduğunuz tapşırıq böyük bir “fildir”. Bu fil sözün əsl mənasında çox nəhəngdir. Siz isə onu yemək istəyirsiniz. Aydındır ki, onu bir dəfəyə yemək qeyri-mümkündür. Bu səbəbdən də onu bir dəfəyə asanlıqla yeyə biləcəyiniz hissələrə ayırın.
Bu “qonaqlığa” dostları da dəvət etmək və hərəsinə 1 parça “fil” vermək olar. Görməli olduğunuz tapşırığa da bu prizmadan yanaşa bilərsiniz. Tapşırığı ayrı-ayrılıqda rahatlıqla həll edə biləcəyiniz kiçik tapşırıqlara ayırın. Bu zaman tapşırığın həcmi kişilir və həlli asanlaşır.
- “İsveçrə pendiri”
İşə başlamağın ən yaxşı üsullarından biri də onu “İsveçrə pendirinə” çevirməyə çalışmaqdır. Bunun üçün tapşırıqda “dəlik”-lər açmaq mütləqdir. Burada “dəlik” adlandırdığımız operativ reaksiya verə biləcəyimiz tapşırıqlardır. Onların həlli bizdən cəmi 3-5 dəqiqə tələb edir və onları həll etdikdən sonra ümumi tapşırıqda həll edilmiş “dəliklər” yaranacaq.
Beləliklə, sərbəst cəmi 10 dəqiqəniz varsa ani olaraq həll edə biləcəyiniz 203 tapşırığın öhdəsindən gələ bilərsiniz.
- “İyrənməyi kənara qoyun – qurbağanı yeyin”
Qərbi artıq uzun müddətdir ki, belə bir deyim var: “Əgər hər səhər diri qurbağa yeməyə məcbursunuzsa, bütün günü başınıza bundan daha pis heç nə gəlməyəcək fikri ilə rahatlıq tapa bilərsiniz”.
Qurbağa – ən çətin və xoşagəlməz işdir. Səhər işə başlayarkən məhz ondan başlamaq mütləqdir. Əgər “iki qurbağa yeməyə məcbursunuzsa onlardan ən iyrənc olanından başlayın”. Bu üsula əsaslanaraq, hər iş səhəri başqa şeylərə zaman itirmədən işə ən çətin və xoşagəlməz tapşırıqların həlli ilə başlamağa vərdiş edəcəksiniz.