İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Tərəflər görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib, iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.
Görüşdə Azərbaycan XİN başçısı iranlı həmkarını Bakıya səfərə dəvət edib .