28 C
Baku
Saturday, June 25, 2022

C.Koreya və Türkiyə arasında $2 mlrd. həcmində svop razılaşması baş tutub

Cənubi Koreya və Türkiyə  arasında swap (valyuta mübadiləsi) razılaşması baş tutub.

Banker.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

İki ölkənin mərkəzi bankları arasında baş tutan anlaşmada, 2 mlrd. dollarlıq (2.3 trln. von, yaxud 17.5 mlrd. lirə) svop nəzərdə tutulur. Bu da 3 ili əhatə edir.

Razılaşma hər iki ölkənin ticarət əlaqələri və maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə yaradılıb, deyə Koreya Mərkəzi Bankın açıqlamasında deyilir. Bununla da hər iki ölkə arasında lirə və ya koreya vonu ilə ticarət əlaqələrini qurmaq mümkün olacaqdır.

Qeyd edək ki, Qətər 2020-ci ilin ilk yarısında açıqlamşıdı ki, TCMB-yə 15 mlrd. dollar ekvivalentində svop razılaşması edib. Bu da həmin dövrdə vəziyyəti çətin olan lirənin məzənnəsi üçün mühüm razılaşma sayılırdı.

Swap(svop): İki tərəfin məlum zaman kəsiyində bir varlıq yaxud da öhdəliyə əsasən müxtəlif faiz ödəmələrini və ya valyuta növünü qarşılıqlı olaraq dəyişdirdikləri bir mübadilə anlaşmasıdır.

Son xəbərlər
Oxşar xəbərlər