8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Cabbarov dövlətin işçilərə ödəyə biləcək yardımından danışdı

“Koronovirus epidemiyasının əhali və sahibkarlara vurduğu zərərin azaldılması üçün Azərbaycanda 9 proqramın icrası nəzərdə tutulur”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Ən çox, əhəmiyyətli və minimal zərər çəkmiş sahələr müəyyənləşdirilib. 1-ci proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır. Həmin sahibkarların işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlət tərəfindən dəstək təqdim ediləcək. Ölkəmizdə təxminən 1,5 milyon muzdlu işçi var, Həmin işçilərin 900 mini dövlət və neft sektorunda fəaliyyət göstərir. Yerdə qalan 640 min muzdlu işçi qeyri-dövlət sektorunda çalışır. 304 min işçinin əhatəsi 50%-ə yaxın olan rəqəmdir.

Əməkhaqqı dəstəyi göstərilən zaman ən çox zərər görən sahələrdə 100%, əhəmiyyətli zərər görən sahələrdə 70% əmsalı tətbiq ediləcək. İşçiyə məkhaqqı dəstəyinin verilməsi üçün ölkə üzrə minimum aylıq əməkhaqqı əsas götürüləcək. Bu maksimum dəstək məbləğidir. Ölkədə Fevralda minimum aylıq əməkhaqqı 712 manat olub”.

Nazir qeyd edib ki, ikinci proqram 290 min min mikro sahibkarı əhatə edəcək.

Qeyd edək ki, koronovirusun mənfi təsirlərini azaltmaq üçün bedcədən 1 milyard manat vəsait ayrılıb.

Son xəbərlər
Oxşar xəbərlər