8 C
Baku
Sunday, November 17, 2024

Cabbarov Orbanla görüşdü

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Bu barədə Macarıstan Baş nazirinin Ofisinin mətbuat xidmətinin rəhbəri Zoltan Kovacs bildirib.

Onun sözlərinə görə, görüşün əsas mövzusu enerji sahəsində iki ölkə arasında əməkdaşlıq olub.

“Azərbaycan enerji şirkətinin Macarıstan təsislərində qaz depolamaya başlamasının və iki ölkə arasında fiziki qaz tranzitinin yaradılmasının vacibliyi vurğulanıb. Həmçinin macar şirkətlərinin Azərbaycanda uğurlu genişlənməsi və gələcəkdə potensial macar investisiyası müzakirə olunub. Qarabağın yenidən bərpası sahəsində macar şirkətlərinin yenidən inşa prosesində iştirakı üçün bir Azərbaycan qəsəbəsi müəyyənləşdirilib.

Macarıstan, azərbaycanlı tələbələrə Macarıstanda təhsil üçün ildə 200 təqaüd imkanı verir”, – o əlavə edib.

Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə isə bildirib ki, macar şirkətləri gələn ildən etibarən Qarabağda yenidənqurma prosesinə qoşulacaq.

“Macarıstan gələn ildən başlayaraq Soltanlının bərpasında iştirak edən iri macar tikinti şirkətlərinin konsorsiumu ilə Qarabağ bölgəsinin yenidən qurulmasında iştirak edəcək”, – azərbaycanlı diplomat “X” platformasında (“Twitter“) paylaşımında qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər