15 C
Baku
Friday, March 29, 2024

Cabbarovun idarəetməsi altında daha bir nəticə: VN proqnoza 110,4% əməl etdi

Bu ilin birinci rübündə Vergilər Nazirliyi (VN) tərəfindən dövlət büdcəsinə 1 milyard 672,9 milyon manat vergi yığımı daxil olub və proqnoza 110,4 faiz əməl edilib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən Banker.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 236,4 milyon manat çox vəsait toplanıb.

Ödənilən vergilərin 30,9 faizi neft-qaz sektorunun, 69,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3 faiz təşkil edib.

Birinci rübdə vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 76,5 faizə çatıb.

Son xəbərlər
Digər xəbərlər