2022-ci il martın 30-da ölkə üzrə 99 ictimai iaşə obyektində 150 monitorinq keçirilib. Monitorinqlərin məqsədi pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət etmək olub.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., Füzuli küç., məhəllə 720 ünvanında yerləşən, hüquqi şəxs “Siti Keyterinq” QSC-yə məxsus “Cafe City” restoranında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktı aşkar olunub. Nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.