Dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasına təsirinin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərə “Cahan Holdinq” Şirkətlər Qrupu da fəal qoşulub.
Holdinqdən verilən məlumata görə, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən bütün mağazaların kirayə haqqları 1 aprel 2020-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək 50 faiz azaldılıb.
Həmçinin, Gənclər Şəhərciyi Yaşayış Kompleksində bütün sakinlərin 1 aylıq (1 aprel 2020-ci il) kommunal ödənişləri ləğv edilib, kirayə qalan sakinlərin isə 1 aylıq ödənişi 150 manat azaldılıb.
Eyni zamanda, yaşayış kompleksinin əhatəsində olan mağazaların 1 aylıq kommunal ödənişlərinin də ləğv edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, holdinq Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat vəsait də köçürüb.