Azərbaycanın və Naxçıvan MR-in qabaqcıl şirkətlərindən “Cahan Holdinq”in tərkibindəki “Cahan Sənaye Kompleksi” Özbəkistana məhsul ixrac edəcək. Bununla bağlı 24 fevral, 2023-cü il tarixində “Cahan Sənaye Kompleksi” adından Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və Özbəkistanın “Azimut Plus” şirkətinin direktoru Şayusupov Maxmudjon saziş imzalayıblar. Müqaviləyə əsasən “Cahan Sənaye Kompleksi” Özbəkistana ümumilikdə 40 min ədəd məişət istilik sistemləri radiatoru ixrac edəcək.
İmzalama mərasimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının İnvestisiya, sənaye və ticarət naziri Laziz Kudratovun da iştirak etdiyi paytaxt Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu zamanı baş tutub. Forum Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO tərəfindən təşkil olunub.®