15 C
Baku
Wednesday, April 24, 2024

Cahangir Hacıyev apellyasiya şikayəti verib

O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Vəkil Aqil Layicov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Banker.az  xəbər verir ki, bu barədə “Report”a A.Layicov məlumat verib.

O, C.Hacıyev barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verdiklərini bildirib:

“Ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişik”.

Vəkil bildirib ki, barəsində həbs qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər