14 C
Baku
Friday, November 15, 2024

Cahangir Hacıyevin məhkəməsi fevralın 19-a təyin edildi

Bu gün Səbail rayon məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin Baş Prokurorluğun qərarının mübahisələndirilməsi ilə bağlı verdiyi müraciətə baxılıb.

Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, prosesə Baş Prokurorluqdan nümayəndə gəlmədiyi üçün məhkəmə iclası fevralın 19-na təxirə salınıb.

Xatırladaq ki, C.Hacıyev Baş Prokurorluğun qərarı ilə istintaq hərəkətləri ilə əlaqədar ötən il dekabrın 30-dan bu il yanvarın 21-dək saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb. C.Hacıyev isə qərarı mübahisələndirib və Səbail rayon Məhkəməsinə müraciət edib.

Son xəbərlər
Digər xəbərlər