10 C
Baku
Wednesday, November 13, 2024

Cahangir Hacıyevin məhkəməsi yenə təxirə salındı

Bu gün Səbail rayon məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin Baş Prokurorluğun qərarının mübahisələndirilməsi ilə bağlı verdiyi müraciətə baxılıb.

Bu barədə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, prosesdə hakim C.Hacıyevin istintaq hərəkətləri ilə saxlanılması barədə bəzi sənədlərin məhkəməyə təqdim edilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu göndərilisə də, adı çəkilən qurumun məhkəməyə sənəd təqdim etmədiyini bildirib. Bu məqsədlə də iş üzrə məhkəmənin növbəti prosesi martın 4-nə təyin edilib.

Xatırladaq ki, C.Hacıyev Baş Prokurorluğun qərarı əsasında istintaq hərəkətləri ilə əlaqədar ötən il dekabrın 30-dan bu il yanvarın 21-dək saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb. C.Hacıyev isə qərarı mübahisələndirib və Səbail rayon Məhkəməsinə müraciət edib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Trend

Son xəbərlər
Digər xəbərlər