17 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“Caliber”: Azərbaycan Ordusu Ağdərə istiqamətində fəallaşıb – VİDEO

faizlere

Dağlıq Qarabağdakı döyüş əməliyyatları nöqteyi-nəzərindən bu gün əsas marağı hərbi əməliyyatların Ağdərə istiqamətində fəallaşması təşkil edir. Oktyabrın 3-də Suqovuşan və ətraf ərazilər işğaldan azad edildikdən sonra bu istiqamətdə sabit vəziyyət hökm sürürdü. Tərəflər daha çox artilleriya zərbələrindən, həmçinin Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından istifadə edirdi.

Bu fikirlər “Caliber” “YouTube” kanalında yerləşdirilən videoda yer alır.

Materialda Azərbaycan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolonun pusquya salınması, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən hərbi kolonun tamamilə məhv edilməsi məlumatlara istinad edilib.

Bildirilib ki, Papravənd yaşayış məntəqəsi Ağdam istiqamətində döyüş xəttinə paralel gedən yolun bir hissəsidir və bu yol vasitəsilə erməni silahlı qüvvələrinə manevr imkanı yaradırdı. Cəbhə xətti bu istiqamətdə Qapanlının şərq kəndlərinin bir neçə kilometrliyindən keçir.

Yeri gəlmişkən, erməni silahlı bölmələri Papravənd kəndindən və Ağdərə-Papravənd yolundan Tərtər rayonunu və kəndlərini artilleriya atəşinə tuturdu.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Baku.ws
Son xəbərlər
360 380
Oxşar xəbərlər