1 C
Baku
Saturday, December 14, 2024

Çalışdığı şirkətdən pul mənimsəyən şəxs saxlanıldı

Sabirabad rayonunda işlədiyi şirkətdən pul mənimsəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, avqustun 18-də Sabirabad rayon sakini Nicat Ağayev İmişli Rayon Polis Şöbəsinə müraciət edərək rayon ərazisində saxladığı nəqliyyat vasitəsinin yan şüşələrinin naməlum şəxs və ya şəxslər tərəfindən qırılması, avtomobildə olan pul, mobil telefon və sənədlərin oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin vətəndaşın özü tərəfindən törədilməsi müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, şirkətlərin birində satış təmsilçisi kimi çalışan N.Ağayev satışdan əldə olunan 4137 manat pulu mənimsəyib. Daha sonra isə izi itirmək üçün avtomobilin yan şüşəsini daşla qıraraq, nəqliyyat vasitəsindən şirkətə məxsus 4370 manat, eləcə də özünün 120 manat pulunun, mobil telefonunun və avtomobilin müvafiq sənədlərinin oğurlanması səhnəsi yaradıb və bu barədə polisə məlumat verib.

Şöbə əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 1454 manat pul, eləcə də oğurlanması barədə məlumat verdiyi mobil telefon və digər sənədlər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı N.Ağayev barəsində İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər