Əgər daim müştərilərlə telefon əlaqəsi yaratmalı olursunuzsa edə biləcəyiniz səhvlərdən əvvəlcədən sığortalanın. Beləliklə, telefon danışığı zamanı əsas olaraq hansı ifadələrdən istifadə etmli deyilsiniz?
“Bilmirəm”
Alternativ variant: “İcazə verin, sualı dəqiqləşdirim” və yaxud “Məlumatı dəqiqləşdirməyim üçün bir qədər gözləyə bilərsinizmi”.
“Sizə heç nə söz verə bilmərəm”
Alternativ variant: “Məsələnizi həll etmək üçün mümkün olan hər bir şeyi edəcəm”.
“Sizi başa düşmədim”
Alternativ variant: “Dəqiqləşdirin zəhmət olmasa” və yaxud “İcazə verin sizi doğru anlayıb-anlamadığımı dəqiqləşdirim”.
“Siz məni düz başa düşmədiniz”
Alternativ variant: “İcazə verin bir daha izah edim” və yaxud “Mən demək istəyirdim ki…”.
“Siz “filan” şeyi etməlisiniz”
Alternativ variant: “Probleminizi maksimum operativ şəkildə həll etməyim üçün “filan şeyi” edə bilərsiniz”.
“Siz haqlı deyilsiniz”
Alternativ variant: “Bəli, sizinlə razıyam, lakin bununla belə …”
“Bir dəqiqə” (“Dəstəyi asmırsınız, xətdə gözlədirsiniz”)
Alternativ variant: “Bu məsələni həll etmək üçün mənə cəmi 1 dəqiqə lazımdır. Xətdə gözləyə bilərsiniz, yaxud mən sizə 1 dəqiqədən sonra zəng edim?”
“Bizi necə tapdınız”
Alternativ variant: “İcazə verin dəqiqləşdirim, bizim haqqımızda necə xəbər tutdunuz?”