10 C
Baku
Thursday, December 12, 2024

CAMEL sistemi və ya Avropada iri bankların reytinqinin müəyyən edilməsi üsulu

Bankların və digər kommersiya təşkilatlarının reytinq düzlənməsi məsələsi həmişə müzakirə aktual olan məsələlər sırasında dayanıb və müxtəlif mətbuat vasitələri bu məsələnin işıqlanmasına daima yer ayırıblar. Heç də təəccüblü deyil, çünki kompleks qiymətləndirmənin nə dərəcədə keyfiyyətli keçirilməsindən asılı olaraq, bankın etibarlılığı, dayanıqlığı və gəlirliyi baxımından onun hansı mövqedə yerləşdiyi aydın olacaqdır.

Artıq neçə ildir ki, xarici praktikada bankın və onun fəaliyyətinin kompleks qiymətləndirilməsinin əsas etalonu CAMELreytinq sistemidir. Bu, auditorların kommersiya bankının vəziyyətini müəyyənləşdirmək üçün istifadə etdiyi beş həll edici əhəmiyyətə malik meyarı özündə birləşdirir. Beləliklə,

Ckapital yetərliyinin göstəricisi;

Aaktivlərin keyfiyyətini xarakterizə edən göstərici;

Mbankdakı menecmenti qiymətləndirən sistemin göstəricisi;

E– bankın gəlirliyinin və mənfəətliyinin göstəricisi, yəni onun effektivliyi;

Lbankın likvidlik göstəricisidir. 

Sözü gedən sistem bankda böyük diqqət və zəhmətkeşlik tələb edən hər-tərəfli analizin aparılmasını nəzərdə tutur, əksər hallarda isə o subyektiv faktorlardan, yəni bankın işinin yoxlanmasını həyata keçirən insanlardan asılı olur.

Yuxarıda adı çəkilən istiqamətlərin hər biri üzrə reytinq qiyməti verilir, daha sonra isə bankın ümumi reytinqi müəyyən edilir. Analizin yekunu olaraq bank beş reytinq qiymətindən birinə layiq görülür və müvafiq pillədə qərar tutur.

Birinci reytinq –istənilən baxımdan dayanıqlı bank;

ikinci reytinq –stabil, lakin xırda çatışmazlıqları olan və bunların aradan qaldırılması tələb olunan bank;

üçüncü reytinq – ciddi çatışmazlıqları olan və mütləq bir tədbir görülməsi tələb olunan bank,

dördüncü reytinq – vəziyyət kirtikdir.  Bu çox pis əlamətdir və bu reytinqlə işarələnmiş bank ciddi maliyyə çətinliklərindən əziyyət çəkir, bu onu iflasa doğru aparır.

Nəhayət beşinci reytinq – bu bankın maliyyə sağlamlaşdırılması baxımından təxirə salınmaz tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Amma istənilən bir sistem kimi – CAMEL-in də öz çatışmazlıqları vardır: ilk növbədə :burada insan faktoru həddindən çox böyük rol oynayır, hər mütəxəssis öz subyektiv düşüncə tərzindən çıxış edərək qiymət verir, ikincisi eyni zamanda çoxlu sayda bankda hər tərəfli və diqqətli araşdırma keçirməyin qeyri-mümkünlüyüdür. Üçüncüsü isə hətta belə qlobal araşdırmanı həyata keçirmək mümkün olsa da, bütün banklar  sadəcə olaraq cəmi beş reytinq qrupunda birləşdiriləcək.

Bu çatışmazlıqlar müəyyən dərəcədə bankın fəaliyyəti barədə unifikasiya olunmuş hesabat nəticəsində aradan qaldırılır. Bu alət üç federal strukturun birgə fəaliyyəti nəticəsində əmələ gəlir – depozitlərin sığortalanması üzrə federal korporasiya, Federal ehtiyatlar sistemi və pul dövriyyəsi üzrə kontroller idarəsi. (UBPR) və ya bankın fəaliyyəti ilə bağlı unifikasiya olunmuş hesabat hər kvartalın sonunda bütün banklara göndərilir, bu bankların hər biri üzərində federal səviyyədə nəzarət həyata keçirilir.

UBPR  hesabatında bankın ötən son üç il və cari ilin yekunlaşmış kvartalı ərzində qeydə alınan aktivləri, kapitalı, gəlir və xərcləri, həmçinin öhdəliklər də daxil olmaqla məlumatlar yer alır. Bundan əlavə UBPR-də lizinq üzrə öhdəliklər, kredit qoyuluşlarının strukturları barədə, problemli kreditlərin təhlili ilə bağlı, kredit kartları ilə bağlı itkilər, bank kapitalının mənbələri, həmçinin onun risk səviyyəsi ilə bağlı məlumatlar yer alır. Bankirlər də həmçinin digər banklar ilə bağlı Peer Group Reports və ya UBPR hesabatı əldə edə bilər. Bu onlara öz göstəricilərini həmin bankların göstəriciləri ilə tutuşdurmağa və digər banklar ilə müqayisəli şəkildə analiz keçirməyə imkan verir.

Belə görünür ki, reytinq düzlənməsi zamanı ən çətin tapşırıq müxtəlif göstəricilər ilə bağlı reytinq qiymətlərinin ümumi bir əmsalda birləşdirməkdir. Amma bunu etmək mütləq vacibdir və bankın işinin kompleks qiymətləndirilməsi məsələsi həmişə aktual olacaq və daima təkmilləşməyə doğru gedəcək. Axı bankın keyfiyyətsiz şəkildə yoxlanması ilk növbədə əmanətçilərin, ad insanların və iri müəssisələrin itkisinə gətirib çıxaracaq. 1998-ci ildəki kimi bir hadisə baş verərsə, onda demək olar ki, yenə çox sayda bank özünü o saat bankrot elan edəcək və çoxları üçün bu gözlənilməzlik böyük bir sarsıntıya çevriləcək.

Son xəbərlər
Digər xəbərlər