11 C
Baku
Wednesday, December 11, 2024

Canet Yellen: “Defolt ABŞ-ın qlobal iqtisadi liderliyinə son qoya bilər”

ABŞ-da milli borc tavanının artırılması ətrafında yaranmış vəziyyətlə bağlı defoltun baş verməsi Vaşinqtonun beynəlxalq aləmdə iqtisadi liderliyini sarsıda bilər. Bu barədə cümə axşamı Niiqata şəhərində keçirilən mətbuat konfransında G7 ölkələrindən olan həmkarları ilə görüşmək üçün Yaponiyaya gələn ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

“Defolt ABŞ-ın qlobal iqtisadi liderliyini sarsıtmaq riski yaradacaq. Bu, həm də bizim milli təhlükəsizlik maraqlarımızı müdafiə etmək qabiliyyətimizi şübhə altına alacaq”, – o deyib. Bundan əlavə, maliyyə naziri defolt ssenarini “fəlakətli” adlandırıb, xüsusən də qeyd edib ki, nəticədə milyonlarla amerikalı işini itirə və dövlətin vəd etdiyi maliyyə dəstəyindən məhrum qala bilər.

Qeyd edək ki, milli borc tavanını aşmaq o deməkdir ki, hökumətin bir çox müntəzəm büdcə ödənişləri, o cümlədən müxtəlif sosial xərcləri ödəmək imkanları təhlükə altındadır. Üstəlik, dövlətin borcları və artıq götürülmüş öhdəliklər üzrə faizləri ödəmək qabiliyyəti ciddi şəkildə zədələnə bilər.

Son xəbərlər
Digər xəbərlər