22 C
Baku
Saturday, June 25, 2022

🔴CANLI: Rusiya-Ukrayna müharibəsinin 24-cü günü

10:38 -Moskva ABŞ və Aİ-nin sanksiyalarına cavab üzərində işləyir – Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.


9:25 -Rumıniyanın Vergilər üzrə Milli Agentliyi (ANAF) Rusiyanın “Aeroflot” şirkətinin ölkədəki nümayəndəliyinin bank hesablarını bloklayıb


9:02 -Neft-mədən xidmətləri korporasiyası “Schlumberger” Rusiyaya investisiyaları dayandırır


8:33 -ABŞ Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcək, dövlətlərlə Rusiya arasında münaqişə heç kimə lazım deyil, Pentaqonun rəhbəri deyib


1:00– Rusiyanın Cənub Hərbi Dairəsinin 8-ci Ordusunun komandanı, general-leytenant Andrey Mordviçev Çernobaevka şəhərində Ukrayna ordusu tərəfindən öldürülüb. Bununla da öldürülən rus generallarının sayı 6-ya çatıb


0:12 -Elektronika və məişət texnikası istehsalı üzrə ixtisaslaşan LG Electronics Rusiya Federasiyasına tədarükləri dayandırır


21:37 -London Metal Birjası Rusiya Federasiyasından gələn məhsullarla bağlı indiki sanksiyalardan kənara çıxacaq hər hansı addım atmağı hələ planlaşdırmır – Bloomberg


18:44 -“Qazprombank” istənilən bank kartları ilə onlayn mağazalarda ödəniş etməyə imkan verən GazpromPay ödəniş xidmətini işə salır


17:56 -Norveç Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşuldu


17:24  – Britaniyada “Russia Today” telekanalının yayım lisenziyası ləğv edilib.


15:55  – Bolqarıstan 10 rus diplomatını “persona non qrata” elan edib. Onlara ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.


15:42  -Ukraynanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı Avropa Komissiyasının rəyi bir neçə ay ərzində hazırlanacaq, – Zelenski.

photo 2022 03 18 15.40.38

13:47  – Peskov: mağazaya qaçıb qarabaşaq, şəkər və tualet kağızı almağa ehtiyac yoxdur.

13:04  – Boru kəməri operatorunun verdiyi məlumata görə, Rusiyanın “Şimal axını 1” xətti ilə Almaniyaya təbii qaz axınına dair tələblər martın 18-də saatda 56.8 milyon kVt/saata (62.4 idi) düşüb.

12:44  – Lavrov bu gün bunları deyir:

    • Moskva açıq şəkildə bildirib ki, Ukraynaya gətirilən Qərb silahlarının göndərilməsi Rusiyanın xüsusi əməliyyatının qanuni hədəfinə çevriləcək.
    • Rusiya Ukraynanın Pentaqonun ən böyük “biolaboratoriya layihəsi” ola biləcəyini istisna etmir.
    • Minsk razılaşmalarını yerinə yetirə bilməyən Ukrayna itirilmiş əraziləri qan tökməklə ələ keçirməyə hazırlaşırdı.
    • Rusiya hələ də qarşılıqlı hörmət əsasında hərəkət etməyə hazır olanlarla əməkdaşlığa hazırdır, bu, şərq ölkələrinə aiddir.
    • Bir sıra ölkələr, o cümlədən Çin, Hindistan, Braziliya, Meksika ABŞ-ın “sədaları altında rəqs etməyəcək”.
    • Rusiyanın Qərb tərəfdaşlarına arxalana biləcəyi illüziyası indi tamamilə darmadağın olub.
    • Rusiyaya qarşı sanksiya təzyiqləri davam edəcək, lakin Rusiya Federasiyası buna öyrəşib.
    • Avropa ABŞ qarşısında öz müstəqilliyini müdafiə etmək cəhdini praktiki olaraq dayandırıb.
    • Ukraynadakı hadisələr Qərbin Rusiyanın marginallaşması və qarşısının alınması istiqamətində apardığı kursun mahiyyətidir.

12:44  – Bu gün səhər saatlarında rus ordusu Kramatorski ş.-ni atəşə tutub. Yerli KİV deyir ki, yaşayış binasına və inzibati binaya zərbələr endiriblər. İlkin məlumat: 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Bunu Donetsk Regional Dövlət Administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

12:26 – Türkiyə və Ukrayna XİN başçıları telefonla danışıb

Məlumatda bildirilib ki, telefon danışığı zamanı Ukraynadakı hazırkı vəziyyət və son yeniliklər, habelə Ukrayna tərəfinin Rusiya ilə təmasları müzakirə edilib.

12:20   —Rusiya dövlət tərəfindən maliyyələşdirilən RT telekanalının Böyük Britaniyadakı lisenziyası ləğv edildi: tənzimləyici bildirib.

12:10   — Rusiya Ukraynanın Donbass bölgəsi üzərində uçuşa qadağa zonası yaradıb (no-fly zone) -Interfax bildirir.

11:45   — Bir qrup avropalı siyasətçi Ukrayna prezidenti Zelenskinin Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

11:22   — Sberbank, müştərilərinin artıq başqa banklara dollar və funt sterlinqlə köçürmələr edə bilməyəcəyini və tətbiqdəki xarici köçürmələrin yalnız avro ilə mümkün olduğunu açıqladı.

11:17   — Rusiya raketləri Ukraynanın Lvov hava limanı yaxınlığındakı əraziyə düşüb, şəhərin mer deyib.

10:59   — Putin Nabiullinanın yenidən Rusiya Bankının rəhbəri vəzifəsinə təyin olunması üçün namizədliyini irəli sürüb.

10:55   — Dünyanın ən böyük şüşə istehsalçılarından biri Yaponiyanın “AGC” şirkəti Rusiyaya investisiyaları dayandırdığını, o cümlədən Rusiya bazarına tədarükünü azaltdığını açıqlayıb. Şirkət Ukraynadakı fəaliyyətini də dayandırmaq məcburiyyətində qaldığını bildirib.

09:55   —ABŞ Senatı Rusiyadan uran idxalını qadağan edən qanun layihəsini səsverməyə çıxaracaq.

09:20   — Lvovda səhər saatlarında bir neçə partlayış baş verib. Zərbənin harada vurulduğu barədə hələlik rəsmi məlumat yoxdur.

09:11   — Polşa Rusiyadan qaz almaqdan imtina edib.

05:39   — Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək azı 780 dinc sakin həlak olub, daha 1 252 nəfər yaralanıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bildirir.

04:18   — G7 (“Böyük Yeddilik”) ölkələri Ukraynaya humanitar yardımın artırılmasını zəruri hesab edir və bir sıra dövlətlərin bu ölkədən ərzaq təminatından asılı olduğunu xatırladır.

04:14   — Rusiyanın Niderlanddakı 200 milyon avro dəyərində aktivləri dondurulub.

03:40   — Rumıniyanın Milli Vergi Administrasiyası Rusiyanın (ANAF) “Aeroflot” şirkətinin bu ölkədəki bank hesablarını bloklayıb.

03:37   — Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatı açıqlanıb.

02:34   — Avropa Kosmik Agentliyi (ESA) “ExoMars” Rusiya-Avropa birgə layihəsini dayandırıb.

01:30   — Fransa Prezidenti Emmanuel Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

00:54   —Ukraynada “PayPal” beynəlxalq elektron ödəniş sistemi fəaliyyətə başlayıb. Bundan sonra sistem ukraynalılara transsərhəd rejimdə xidmət göstərəcək.

00:29   — İtaliyanın təkər istehsalçısı “Pirelli” Rusiyaya investisiya qoyuluşunu dayandırır və bu ölkədəki müəssisələrinin iş tempini aşağı salır.

00:03   — Yeni Zelandiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının 12 üzvünün, o cümlədən Baş nazir Mixail Mişustinin, xarici işlər və müdafiə nazirləri Sergey Lavrov, Sergey Şoyqu və daha 20 nəfərin aktivləri dondurulacaq. Hökumət həmçinin siyasi və hərbi fəaliyyətlə əlaqəli 364 rusiyalının ölkəyə girişini bağlayıb.

Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər