28 C
Baku
Saturday, July 27, 2024

“Canva” $40 mlrd. qiymətləndirmə ilə $200 mln. cəlb edib

Onlayn-fotoredaktor “Canva” 40 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar cəlb edib.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, şirkət qazandığı vəsaitləri işçi heyətinin genişləndirilməsinə yönəldəcəyini açıqlayıb.

Maliyyə raunduna “T. Rowe Price” rəhbərlik edib, eyni zamanda maliyyələşdirmədə yeni və mövcud investorlar iştirak edib – Franklin Templton, “Sequoia Capital Global Equities”, “Bessemer Venture Partners” və başqaları.

“TechCrunch”ın verdiyi məlumata görə, investisiya alan “Canva” dünyanın ən dəyərli özəl proqram təminatı şirkətlərindən biri kimi mövqeyini bir daha möhkəmləndirib.

Xatırladaq ki, xidmət dizayn yaratmaq üçün hazır şablonlar, şəkillər və videolar təqdim edir. 2013-cü ildə qrafik dizayn məhsullarını yaratmaq üçün pulsuz platforma kimi istifadəyə verilsə də, getdikcə ödənişli xidmətlər ortaya qoyub.

Hal-hazırda “Canva” 190 ölkədə 60 milyondan çox aktiv istifadəçiyə malikdir, onlardan 500 mini proqramın ödənişli versiyasından istifadə edir. Şirkətin korporativ müştəriləri arasında “Salesforce”, “Marriott International”, “PayPal” və “American Airlines” var. 2021-ci ilin sonuna kimi şirkət 1 milyard dollardan çox gəlir əldə etməyi planlaşdırır.

Xatırladaq ki, aprel ayında “Canva” 71 milyon dollar investisiya cəlb edib və investorlar tərəfindən 15 milyard dollar dəyərində qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər