13 C
Baku
Tuesday, May 7, 2024

“Capital Partners İnvestisiya Şirkəti” zərər edib

“Capital Partners İnvestisiya Şirkəti” QSC 2022-ci ili 6 688 manat xalis zərər ilə başa vurub. Halbuki, 2021-ci ildə şirkət 13 683 manat mənfəət əldə etmişdir.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Capital Partners İnvestisiya Şirkəti”nin əməliyyat gəlirləri 25 372 manat (əvvəlki il əməliyyat gəliri olmayıb), investisiya fəaliyyəti üzrə gəliri 15 min manat (əvvəlki ilə nisbətən 1.5% az), inzibati və sair əməliyyat xərcləri 47 311 manat olub.

31 dekabr 2022-ci il tarixində “Capital Partners İnvestisiya Şirkəti”nin cəmi aktivləri 596 404 manat olub ki, bu da illik müqayisədə 2.3 dəfə artım deməkdir. Hesabat dövründə investisiya şirkətinin cəmi öhdəlikləri 33 255 manatdan 59 249 manata, cəmi kapitalı isə 223 843 manatdan 537 155 manata çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Capital Partners İnvestisiya Şirkəti”ni 2020-ci ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun nizamnamə kapitalı 400 min manatdır.

c1 c2

Son xəbərlər
 ⁠
Digər xəbərlər