19 C
Baku
Saturday, May 31, 2025

“Capital Partners”in mənfəəti 58 faiz azalıb

“Capital Partners İnvestisiya Şirkəti” QSC 2024-cü ili 39.3 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki ilin – 2023-cü ilin 94,5 min manatlıq mənfəətindən 58,4% və ya 55,2 min manat azdır.

Banker.az bu barədə şirkətin illik audit hesabatına istinadən xəbər verir.

2024-cü ildə şirkətin əməliyyat gəlirləri 374,7 min manata yüksəlib, bu da ötən illə müqayisədə 130,9 min manat və ya 53,7% artım deməkdir. İnvestisiya fəaliyyətindən əldə olunan gəlir də 2023-cü ildəki 7,8 min manatdan 21,8 min manata çataraq 179% artıb.

Lakin xərclərdəki kəskin artım mənfəətə mənfi təsir göstərib. İnzibati və sair əməliyyat xərcləri 2023-cü ildəki 154,9 min manatdan 333,5 min manata yüksələrək 2,15 dəfə artıb. Ən kəskin artım əməkhaqqı xərclərində qeydə alınıb – 2023-cü ildə 139,2 min manat olan bu göstərici 2024-cü ildə 262,4 min manata çatıb.

Bölüşdürülməmiş mənfəət 2024-cü ilin sonuna 121,4 min manata çatıb, bu da əvvəlki illə müqayisədə 39,3 min manatlıq artım deməkdir. Cəmi kapital isə 667,9 min manata yüksəlib.

31 dekabr 2024-cü il tarixinə “Capital Partners”in ümumi aktivləri 792,5 min manat təşkil edib ki, bu da əvvəlki ilin sonundakı 666,7 min manatla müqayisədə 125,8 min manat və ya 18,9% artım deməkdir.

Şirkətin öhdəlikləri 2023-cü ildə 40,6 min manat olduğu halda, 2024-cü ildə bu rəqəm 124,6 min manata çatıb. Bu, 3 dəfədən çox artım deməkdir. Artım əsasən müqavilə öhdəliklərində və ticarət kreditor borclarında qeydə alınıb.

23423

Son xəbərlər
Digər xəbərlər